Xəbər lenti

Dünya 17:31 04.05.2022

Ukrayna: "Rusiya Mariupolda 9 may paradı keçirəcək"

Rusiya 9 mayda Mariupolda faşizm üzərində qələbəyə həsr olunmuş parad keçirməyi planlayır.  

Qaynarinfo "Alarabiya” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatı məlumat yayıb.

Kiyev bildirir ki, Rusiya Prezident Administrasiyasının yüksək çinli rəsmisi "qələbə paradı" keçirilməsi işlərinə nəzarət etmək üçün port şəhərinə gəlib.

"Mariupol bayramın mərkəzinə çevriləcək. Şəhərin mərkəzi küçələri təcili şəkildə zibillərdən, cəsədlərdən və partlamamış sursatlardan təmizlənir”, deyə Ukrayna kəşfiyyatı açıqlamasında bildirib. 

Açıqlamada həmçinin qeyd edilir ki, şəhərdə böyük təbliğat kampaniyası aparılır. Ruslara yerli əhalinin işğalçılarla görüşünün sevinci haqqında hekayələr göstəriləcək.

Qeyd edək ki, bu gün Ukrayna mediası Rusiya ordusunun Mariupoldakı "Azovstal” zavodu ərazisinə daxil olduğu haqqında məlumat yayıb. Ərazidə şiddətli döyüşlərin getdiyi bildirilir.

Nurlan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->