Dünya 12:24 19.04.2023

Ukrayna üçün ən uzun gün: USQ-nin əks-hücumunun ilk 24 saatı həlledici ola bilər - FP

Kibergüc və gələcək münaqişələr üzrə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Frans-Stefan Qadi Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı proqnoz verib və bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin gözlənilən irəliləyişinin ilk günü həlledici olacaq. Onun sözlərinə görə, bu, "Ukraynada ən uzun gün" olacaq.

Qaynarinfo xəbər verir ki, onun Foreginpolisy-də dərc olunan proqnozuna görə, hazırda fərziyyə və müzakirələrin çoxu Ukrayna qüvvələrinin nə vaxt və harada zərbə endirəcəyi, Ukraynanın nə qədər böyük hücum qüvvəsi topladığı və Qərbin yeni silah tədarüklərinin əks-hücuma necə təsir edəcəyi ətrafında gedir.

Məqalədə qeyd olunur ki, Ukraynanın ali komandanlığından başqa kiminsə Kiyevin döyüş meydanında atəş gücü, döyüş sursatı, qoşun sayı və maddi-texniki təchizat baxımından həlledici üstünlüyə malik olub-olmadığını bilməsi ehtimalı azdır.

Qadinin fikrincə, Ukraynanın əks-hücum əməliyyatı o halda uğurlu olacaq ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi rəhbərliyində "iflic” yarada və Putin hərbçiləri arasında panikaya səbəb ola bilsin. Bu cür addımlar hücumun ilk saatlarında yorğunluğun qarşısını almağa kömək edəcək.

Ancaq Rusiya əsgərləri çox müqavimət göstərmədən irəliləyən Ukrayna qoşunlarından qaçmağa başlasalar, Ukraynanın ən yaxşı uğur şansı olacaq.
İlk 24 saat ərzində əks-hücum zamanı taktiki sürpriz, döyüş meydanında liderlik və hərbi ruh yüksəkliyi də həlledici rol oynayacaq. "Bu qeyri-maddi amillər, təkcə silahlar deyil, ukraynalıların rusları qorxuda biləcəyini, Rusiya hərbi rəhbərliyini iflic edə biləcəyini və Rusiya Federasiyasının komandanlığı və nəzarəti arasında müvəqqəti pozğunluq yarada biləcəyini müəyyən etməyə kömək edəcək", - alim qeyd edib.

Onun sözlərinə görə, belə bir senaridə Ukraynanın zirehli kolonnaları Rusiyanın laylı müdafiəsini yaracaq, sürətlə Rusiyanın arxa tərəfinə keçəcək və hərbi qərargahlar və təchizat mərkəzləri kimi komanda-nəzarət qovşaqlarını təhdid edərək panika və "iflic”i artıracaq.

Məhz bu senari Ukraynanın 2022-ci ilin sentyabrında Xarkov vilayətində ildırım sürəti ilə əks hücumu zamanı həyata keçirilib.

Alpər