Xəbər lenti

Dünya 08:55 29.02.2024

Ultra zənginlərin ev aldığı populyar şəhərlər

Yeni Zelandiyanın paytaxtı Oklend 2024-cü ildə ən böyük dəbdəbəli mənzil bazarı olacaq.

Valyuta.az bu barədə CNBC-yə istinadən xəbər verir.

"Knight Frank Wealth" və "Douglas Elliman"ın proqnozuna görə, bu şəhərdə daşınmaz əmlakın ilin sonuna qədər təxminən 10% bahalaşacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, Hindistanın Mumbay şəhəri super zəngin insanlar arasında populyarlıq baxımından ikinci yeri tutur. Onların hesablamalarına görə, şəhərdə mənzillərin qiyməti ildə 5,5% artacaq.

Növbəti yerləri Dubay (BƏƏ), Madrid (İspaniya) və Sidney (Avstraliya) bölüşür. Bu şəhərlərdə mənzil qiymətlərində artım 5%-i keçməyəcək.

Proqnoz sərvəti 30 milyon dollar və daha çox olan insanların üstünlüklərinin təhlilinin nəticələri əsasında tərtib edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->