Ölkə 13:38 20.12.2022

UNEC-in Zaqatala filialından 5 tələbə qovuldu (SƏBƏB)

UNEC-in Zaqatala filialında imtahan sisteminə müdaxilə edən tələbələr universitetdən xaric edilib

Sosial şəbəkədə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında 5 tələbənin imtahan sisteminə müdaxilə etdiyinə görə universitetdən xaric edildiyi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova APA-nın sorğusuna cavab olaraq bildirib ki, Universitetin Zaqatala filialında elektron imtahan sisteminə müdaxilə faktı müəyyən olunub:

"Bununla əlaqədar olaraq, müdaxiləni təşkil etmiş tələbələr universitetdən xaric olunub, nəticələrinə müdaxilə edilmiş tələbələrin isə imtahan nəticələri ləğv edilib. Həmin tələbələrə ödənişsiz olaraq təkrar imtahan verilməsi üçün şərait yaradılıb”.