"Unibank”ın 2026-cı ilin I rübü üzrə xalis mənfəəti illik müqayisədə 5 milyon 259 min manat artaraq 8 milyon 59 min manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bankın xalis mənfəəti 2025-ci ilin eyni dövründə 2 milyon 800 min manat olub.
Hesabat dövründə bankın əməliyyat mənfəəti isə azalıb.
Belə ki, bu ilin I rübündə "Unibank”ın əməliyyat mənfəəti 11,2% və ya 1 milyon 340 min manat azalaraq 10 milyon 621 min manat olub.
Bu göstərici ötən ilin eyni dövründə 11 milyon 961 min manat təşkil edib.
Bankın cəmi faiz xərclərində də artım qeydə alınıb.
Bankın cəmi faiz xərcləri illik müqayisədə 35,6% və ya 7 milyon 856 min manat artaraq 29 milyon 931 min manata yüksəlib. 2025-ci ilin eyni dövründə isə cəmi faiz xərcləri 22 milyon 75 min manat olub.
Bununla yanaşı, bankın cəmi öhdəlikləridə yüksəlib.
Ötən ilin I rübündə 1 milyard 633 milyon 284 min manat olan cəmi öhdəliklər bu il 22,2% və ya 362 milyon 54 min manat artaraq 1 milyard 995 milyon 338 min manata çatıb.
Şərhlər