Xəbər verdiyimiz kimi, mayın 12-də "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.
	
Qaynarinfo xəbər verir ki, Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.
 
	
Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.
	
Xatırladaq ki, "Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.
	
             
            
Şərhlər