Xəbər lenti

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır
Ekonomiks 11:24 23.07.2026

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi Şuşa şəhərində yerləşən abidələrin bərpa-konservasiyası işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, tenderin qiyməti 2 milyon 461 min 587,40 manat təşkil edib.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində Şuşa şəhərində yerləşən altı memarlıq abidəsinin bərpa-konservasiyası işlərinin birinci mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində Cahangir bəyin yaşayış evi də daxil olmaqla tarixi abidələrdə konservasiya və bərpa işləri, divarların möhkəmləndirilməsi, çatların inyeksiya üsulu ilə bərkidilməsi, daş və hörgü elementlərinin bərpası, polad boruların quraşdırılması, zondaj və digər mühəndis-bərpa işlərinin görülməsi planlaşdırılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->