Dünya 13:52 27.07.2023

USQ-nin əks-hücum planını kimin hazırlayıb? - "Daily Telegraph"

Ukrayna ordusunun əks-hücum əməliyyatı Qərbin planına uyğun olaraq davam edir. 

Qaynarinfo xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələr naziri Ceyms Hippi "Daily Telegraph” qəzetinə müsahibəsində deyib.

O, Kiyevin Qərb müttəfiqlərinin planın hazırlanmasına kömək etdiyini etiraf edib. "Hazırda Ukrayna gözləntilərimizi doğruldur. Ümumiyyətlə, qışda bizimlə, amerikalılarla və digər partiyalarla birlikdə hazırlanmış planı həyata keçirirlər", - Hippi deyib.
 
O, Ukrayna Silahlı Qüvvələrinin hücumunun yavaş tempini sonrakı irəliləyiş üçün şəxsi heyət və texnikaya qənaət etmək zərurəti ilə izah edib.

"Bu Hollivud filmi deyil. Tankların musiqi sədaları altında irəlilədiyi, bir sıra möhtəşəm hərbi atışların göstərildiyi və sonunda - sentyabrda qələbə çalacağı məqamlar olmayacaq", - nazir deyib.

O əlavə edib ki, "Rusiya heç vaxt zəif rəqib olmayacaq, ehtimallar nə olursa-olsun”.

Bundan bir qədər rəsmi Kiyev əks-hücumun istənildiyindən daha ləng getdiyi və sürətli nəticələr əldə etməyin "praktiki olaraq mümkün olmadığı”nı bildirib. Eyni zamanda, Rusiya lideri Vladimir Putin Kiyevin hücumunun uğursuz olduğunu dəfələrlə bəyan edib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin birləşmələri böyük itkilər verir. Onun fikrincə, "nə Kiyev rejiminə "pompalanmış” resurslar”, nə Qərbin silah-sursatının tədarükü, nə də "minlərlə əcnəbi muzdlu və müşavirlərin cəbhə xəttini yarıb keçmək üçün göndərilməsi” Ukraynaya kömək edir. İyulun 23-də belaruslu həmkarı ilə söhbəti zamanı Rusiya Federasiyasının lideri Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun tamamilə iflasa uğradığını bildirib.

Alpər