Dünya 14:48 25.07.2023

USQ-nin ləng əks-hücumu Baydeni çətin vəziyyətə salıb

Ukrayna Silahlı Qüvvələrinin (USQ) ləng əks-hücum əməliyyatı ABŞ prezidenti Co Baydenin administrasiyasını çətin vəziyyətə salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) ABŞ rəsmilərinə istinadən yazır

WSJ-nin ABŞ isteblişmentindəki həmsöhbətlərinin fikrincə, ABŞ hakimiyyətinin Ukrayna münaqişəsində strategiyası gözlənilən nəticəni verməyə bilər.

Nəşr qeyd edir ki, ABŞ rəsmilərinin fikrincə, USQ əks-hücumla bağlı potensial çıxılmaz vəziyyət, Co Baydenin elan etdiyi "Rusiya ilə güclü mövqedən danışıqlar apara bilməsi üçün Ukraynaya milyardlarla dollarlıq hərbi yardım göstərmək strategiyasının” sınağı ola bilər. WSJ-nin həmsöhbətləri qeyd edirlər ki, hazırda döyüş meydanında qüvvələr balansı Kiyevə belə imkan verməyəcək.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst WSJ-yə bildirib ki, Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı çətinliklərə baxmayaraq, Co Bayden komandasının Ukraynaya geniş miqyaslı dəstəyə alternativi yoxdur. "Ukraynadan istənilən bir geri çəkilmə və Rusiyanın hətta qismən qələbəsini qəbul etməsi Ağ Ev rəhbərinin xarici siyasətinin açıq-aşkar uğursuzluğu olardı", – Herbst bildirib. 

Nizami Bağırov