Xəbər lenti

Dünya 15:07 12.09.2023

Vatikan elçisi Ukrayna ilə bağlı “sülh danışıqları” üçün Pekinə səfər edəcək

Roma Papasının elçisi kardinal Matteo Dzuppi Ukraynadakı müharibəni dayandırmağa kömək etmək məqsədi ilə çərşənbə axşamı Pekinə səfər edəcək.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica” qəzeti yazır.
 
Qəzet qeyd edir ki, kardinal Dzuppi çərşənbə günü Çinin baş naziri Li Tsyan da daxil olmaqla "yüksək institusional liderlərlə” görüşəcək.

Papanın nümayəndəsi artıq iyun ayında Kiyev və Moskvaya, növbəti ay isə Vatikanın Ukrayna və Rusiya arasında sülhə vasitəçilik səyləri çərçivəsində Vaşinqtona səfər edib. 

İyulun 4-də Matteo Zuppi deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması mexanizmi üzərində işlədiyini açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->