Xəbər lenti

Vətəndaşlar şikayət etdi, restoranda yoxlama aparıldı, qanunsuzluq aşkarlandı
Ekonomiks 12:44 02.08.2023

Vətəndaşlar şikayət etdi, restoranda yoxlama aparıldı, qanunsuzluq aşkarlandı

Bakı şəhəri, Bəkir Çobanzadə küçəsi, 306 ünvanında yerləşən "Qədim bağ” restoranında istirahət mərkəzinin fəaliyyəti barədə vətəndaşlardan daxil olmuş şikayət əsasında operativ vergi nəzarəti tədbirləri keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, nəzarət tədbiri zamanı obyektdə nəzarət-kassa aparatının (NKA) və Pos-teminalın quraşdırılmadığı, 6 nəfərin əmək müqaviləsi olmadan xidmətlərin yerinə yetirilməsinə cəlb olunması faktları aşkar edilib.

Bildirilib ki, sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinn vəzifələrinə aid edilir.

Həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, əmək müqavilələrinin bağlanmasının təmin edilməsi, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı NKA-dan istifadə də vergi ödəyicisinin vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->