Xəbər lenti

Vilayət Eyvazov Gürcüstana səfər etdi, saziş imzalandı
Siyasət 12:34 21.11.2025

Vilayət Eyvazov Gürcüstana səfər etdi, saziş imzalandı

Nayabrın 21-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.

DİN Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, nazir Vilayət Eyvazovun Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->