Amerikalı aktyor Cim Kerri ABŞ-dakı malikanəsini təxminən 12 milyon dollar endirimlə satıb - 17 milyon dollara.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post” məlumat yayıb.
Beş yataq otağı və doqquz hamamı olan ev 2023-cü ildə 28,9 milyon dollara satışa çıxarılmışdı, lakin qiymət bir neçə dəfə endirilib. 2024-cü ilin dekabrında aktyor onu 19,8 milyon dollara satmağa çox yaxın olub, lakin sövdələşmə baş tutmayıb.
Nəşrin məlumatına görə, təxminən min kvadratmetr sahəsi olan mülk Los-Ancelesin elit Brentvud rayonunda yerləşir. 0,8 hektarlıq torpaq sahəsinə tennis kortu, üzgüçülük hovuzu, meditasiya zonası və kinoteatr daxildir. Malikanə 1994-cü ildə 3,8 milyon dollara alınıb.
Aydın
Şərhlər