Xəbər lenti

Milyonları xilas edən narkoman həkim: Uilyam Halsted kimdir?
Dünya 20:27 12.08.2025

Milyonları xilas edən narkoman həkim: Uilyam Halsted kimdir?

Zəngin Nyu-York ailəsindən olan gənc Yel Universiteti tələbəsi Uilyam Halsted əvvəllər həkim olmağı düşünməyib, vaxtını əyləncələrə və futbola sərf edib. Təsadüfən əlinə keçən anatomiya dərsliyi onun həyatını dəyişib - cərrahiyə marağı oyanan Halsted bu sahəyə həsr olunmuş karyera qurmağa qərar verib.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, kiləsinin maliyyə imkanı sayəsində dördüncü kursda o, XIX əsrin tanınmış cərrahı Teodor Bilrotun yanında təcrübə keçməyə gedib. Vətənə qayıtdıqdan sonra o, bir sıra yenilikçi addımlar atıb: 1881-ci ildə anemiya xəstəsi olan bacısına öz qanını köçürüb (o dövrdə qan qrupları barədə bilik yox idi) və bacısı sağ qalıb. Bir müddət sonra isə mətbəx masasının üstündə anasına öd kisəsindən daşları çıxarma əməliyyatı edərək ABŞ-da bu növ əməliyyatı ilk icra edən həkim olub.

O dövrdə anesteziya üçün əsasən efirdən istifadə olunub, lakin 1859-cu ildə kokaindən alınan yeni maddə tibdə səs-küy yaradıb. Halsted də bu maddə ilə təcrübələr apararaq onu özünə damar və sinir yolu ilə vurmağa başlayıb. Təcrübədə iştirak edən həmkarlarının hamısı, yəqin ki, doza səhvinə görə, həyatını itirib, lakin Halsted sağ qalıb, ancaq güclü narkotik asılılığı yaranıb. Onu müalicə etmək üçün morfin verilib ki, bu da nəticədə ikili asılılıqla (kokain və morfin) nəticələnib.

Reputasiyasına və qeyri-sabit psixoloji vəziyyətinə görə işdən çıxarılan Halstedin taleyini dostu xilas edib - onu Baltimorda Hopkins Xəstəxanasına tövsiyə edib. Burada əvvəlcə yalnız itlər üzərində əməliyyat aparmasına icazə verilib, sonra isə yenidən insan əməliyyatlarına buraxılıb.

Halstedin sirrini yalnız ona tam etibar edən tibb bacısı bilib. Lakin həmin bacıda, o dövrdə həkimlərin əllərini dezinfeksiya üçün istifadə etdikləri karbol turşusuna qarşı dəri dermatiti inkişaf edib. Onun işdən ayrılması Halstedin vəziyyətinin ifşası demək idi. Buna görə o, tanış rezin əlcək istehsalçılarına müraciət edərək xəstəxana üçün əlcəklər sifariş edib. Əvvəlcə tibbi heyət buna şübhə ilə yanaşsa da, əlcəklərin yalnız dəri qıcıqlanmasının qarşısını almadığı, həm də infeksiyalara qarşı qoruduğu məlum olub və bu qayda bu günə qədər davam edir.

Halsted illər sonra morfin dozasını azaldaraq tamamilə asılılıqlardan qurtulub. Lakin narkotiklərdən zəifləmiş orqanizmi sadə öd kisəsi əməliyyatına tab gətirməyib və o, 69 yaşında əməliyyat masasında dünyasını dəyişib. Buna baxmayaraq, onun tibbdə etdiyi yeniliklər - xüsusən də cərrahi əlcəklərin tətbiqi - hələ də dünya səhiyyəsində mühüm yer tutur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->