Xəbər lenti

Yaxın aylarda ətin qiyməti 20 manatı keçəcək?
Ekonomiks 16:10 12.08.2025

Yaxın aylarda ətin qiyməti 20 manatı keçəcək?

Yaxın vaxtlarda Azərbaycanda ət bahalaşacaq. Bu barədə iqtisadçı Vahid Məhərrəmli məlumat verib. 

Onun sözlərinə görə, Qazaxıstan və Qırğızıstan diri heyvan ixracını dayandırıb:

"Digər ölkələrin də belə addımlar atacağı gözlənilir. Azərbaycan ətə olan tələbatının 20 faizini idxal edilən diri heyvanların kəsimi hesabına təmin edirdi. İdxal olunan heyvanların əti isə statistikada daxili istehsal kimi göstərilirdi. Gedişat onu göstərir ki, diri heyvanların idxalı kəskin şəkildə azalacaq. Nəzərə alsaq ki, ölkədə heyvanların baş sayı azalaraq kritik həddə çatıb, deməli, Azərbaycanda ciddi ət qıtlığı gözlənilir".

Vahid Məhərrəmli bildirib ki, bu qıtlıq qiymət artımına səbəb olacaq:

"Təəssüflə qeyd etməliyəm ki, yaxın bir neçə ayda sümüklü mal ətinin qiyməti 20 manatı keçəcək".

Məsələ ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Bərdə ət bazarı ilə əlaqə saxladıq. Bərdə şəhərində ət satışı ilə məşğul olan Mənsur Məmmədov Qaynarinfo-ya açıqlamasında qiymət artımı barədə məlumatlarının olmadığını bildirdi:

"Bizdə belə bir məlumat yoxdur. Əgər qarşıdakı aylarda belə bir qərar olsa, biz də bundan xəbərdar olarıq. Hazırda Bərdə şəhərində mal ətinin bir kiloqramının pərakəndə satış qiyməti 15 manat, topdansatış qiyməti isə 14 manatdır. Qoyun ətinin bir kiloqramı 18-19 manat, quzu əti isə 21-22 manata təklif edilir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->