Xəbər lenti

Vüqar Qurbanov yeni direktor və müavin təyin etdi (FOTO)
Foto 13:29 31.10.2025

Vüqar Qurbanov yeni direktor və müavin təyin etdi (FOTO)

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək. Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə isə Elçin Mustafayev təyin olunub.

V.Qurbanov bu gün yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, P.Hacıyev ixtisasca uroloqdur və bu təyinatadək özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb. O, 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.

E.Mustafayev də ixtisasca uroloqdur və bu təyinatadək tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib. O, 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2002-2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->