Xəbər lenti

Xabi Alonso istefaya göndərildi
İdman 21:25 12.01.2026

Xabi Alonso istefaya göndərildi

İspaniyanın "Real" (Madrid) komandası baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından bəri "Real"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən gün İspaniya Super Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.
--> -->