Xəbər lenti

Xalq artisti: “Maşınımın qarşısını kəsib...”
Sənət 18:58 05.06.2026

Xalq artisti: “Maşınımın qarşısını kəsib...”

Ağstafada yaşayan Xalq artisti Tariyel Qasımov kənd həyatından məmnun olduğunu deyib. 

Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, kənddə yaşasa da, tamaşaçılarının diqqətindən kənarda qalmır: 

"Yol getdiyim yerdə maşınımın qarşısını kəsirlər. Tamaşaçılarım mənimlə söhbət edir, oynadığım  rolları müzakirə edirlər. Sənətimi, obrazlarımı tərifləyirlər. Belə olan halda mən niyə darıxım? Bir  an belə məni darıxmağa qoymurlar. Elə darıxan kimi  də Bakıdan müxtəlif verilişlərdən zəng gəlir, məni  qonaq dəvət edirlər”. 

Xalq artisti kənd həyatının özünəməxsus gözəllikləri  olduğunu vurğulayıb: 

"Adam yaşa dolduqca kəndinə doğru can atır. Kənd  həyatı çox gözəldir. Əkib-becərirsən, günün necə  gəlib keçdiyini bilmirsən. Həm də burada hər şey  təmizdir - havası da, ərzağı da”. 

Bahar Rüstəmli
--> -->