Sənət 18:20 28.11.2022

Xalq artisti yeni obrazda

Xalq artisti Məleykə Əsədova yeni rola dəvət alıb.
 
Akademik Dram Teatrının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, aktrisa Xalq yazıçısı İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan” pyesində Xurşidbanu Natəvan obrazını canlandıracaq. Tamaşa dekabr ayında təhvil veriləcək. Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır. Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova ilə yanaşı Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), Xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah) və başqaları rol alıb. 

Bahar Rüstəmli