Xəbər lenti

Xanım şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
Ekonomiks 17:57 25.08.2023

Xanım şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

"AİK Qrup” MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşıdırlıb. 

Valyuta.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva ilə bununla bağlı qətmanə çıxarıb.

İş materiallarından məlum olur ki, şirkətin 21 980,27 AZN vergi borcu var. 

Şirkət borcu ödəməkdən yayındığına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi xüsusi icraat növündə məhkəməyə ərizə ilə müraciət edib. 

Hakim Aytən Əliyeva da ərizəni təmin edib. 

"AİK Qrup” MMC 5 iyun 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mehdiyeva Nailə Əsəd qızıdır. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->