Xəzər kilometrlərlə geri çəkilir: Azərbaycana hansı təhlükələr gözlənilir?
Xəzər dənizində suyun səviyyəsinin azalması tempi sürətlənir.
Xezerxeber.az-ın məlumatına görə, ekoloq Rövşən Abbasov deyir ki, 1995-ci ildən 2026-cı ilə qədər qısa istisnalar olmaqla dənizin səviyyəsində azalmalar qeydə alınıb və bu proses bu gün də davam edir.
Xəzərin səviyyəsinin azalmasının əsas səbəbləri iqlim dəyişmələri nəticəsində dəniz səthindən gedən buxarlanmanın artması, çay axımının azalmasıdır.
Ekpsertin sözlərinə görə, Azərbaycanda elə ərazilər var ki, orada Xəzər dənizi kilometrlərlə geriyə çəkilib. Bunlar gələcəkdə digər kompleks problemlər yaradacaq.
Geriçəkilmə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün liman infrastrukturu, balıqçılıq, ekosistem, su ehtiyatları və sahilyanı yaşayış məntəqələri baxımından ciddi sosial-iqtisadi və ekoloji problemlər yarada bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər