Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? (VİDEO)
Xəzərdə suyun səviyyəsi tarixi minimuma yaxınlaşır. Bu isə ciddi narahatlıq doğurur.
Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, Xəzərdə suyun enmə tendensiyası hazırda da davam edir. Əvvəlki qədər sürətli enmə müşahidə edilməsə də, proses davam edir.
Onun sözlərinə görə, növbəti illərdə suyun səviyyəsinin artması hiss oluna bilər. Ancaq səviyyənin əvvəlki vəziyyətə çatması, əlbətdə ki, zaman alacaq.
Ənvər Əliyev deyir ki, Xəzərdə suyun azalması prosesi davam etdikcə bunun digər sahələrdə təsiri daha qabarıq müşahidə olunacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər