Xəbər lenti

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı (VİDEO)
Video 23:16 21.12.2025

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı (VİDEO)

"112” qaynar telefon xəttinə Xırdalanda Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu haqda Qaynarinfo-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il təvəllüdlü G.Əliyeva, 1979-cu il təvəllüdlü C.Həsənova və 2013-cü il təvəllüdlü İ.Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara reaksiya vermədiyi və həyati təhlükəli vəziyyətin yarandığı ehtimalı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrin köməyi ilə açılaraq, ilkin ehtimala görə, dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilən vətəndaşlara ilkin yardım göstərilərək dərhal xəstəxanaya çatdırılıblar.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->