Yağışlar nəticəsində dağılan körpü hələ də bərpa olunmayıb (VİDEO)
Qaradağ rayonunun Puta qəsəbəsi, 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinin yaxınlığındakı yol aylardır təhlükəli vəziyyətdədir.
Güclü yağışlar nəticəsində dağılan körpü hələ də bərpa olunmayıb.
Sürücülər deyirlər ki, ərazi təmirə bağlansa da, real iş görülmür və bu da qəza riskini artırır.
Vətəndaşlar bildirirlər ki, gün ərzində yüzlərlə işçinin istifadə etdiyi körpü güclü yağış səbəbindən dağılıb.
Sürücülər deyirlər ki, şikayətlərinə baxan yoxdur. Onların sözlərinə görə, ərazidə "Təmirə bağlıdır" nişanı qoyulub, qırmızı lent çəkilib, lakin nə gələn var, nə baxan, nə də hər hansı tədbir görən.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, körpünün bərpası ilə bağlı qurum tərəfindən təkliflər hazırlanıb: "Təkliflər aidiyyəti üzrə təqdim edilib. Maliyyə vəsaiti ayrılan kimi ərazidə əsaslı bərpa işləri icra olunacaq".//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər