Bu il 82-ci dəfə keçirilən Venesiya Film Festivalı dünya kino ulduzlarını qırmızı xalçada bir araya gətirdi. Hollivud başda olmaqla bir çox məşhur sima tədbirdə iştirak etsə də, ən çox diqqəti cəlb edən ad Kristiano Ronaldonun nişanlısı Ceorvina Rodriges olub.
Qaynarinfo xəbər verir ki, 31 yaşlı Rodriges festival çərçivəsində nümayiş etdirilən "Father Mother Sister Brother" filminin qala gecəsinə qatılıb. Sadə qara libası ilə diqqət çəkən ispan model, üzərində daşıdığı milyonlarla dəyərində zinət əşyaları ilə "yeriyən xəzinə"yə bənzədilib.
Müxtəlif qiymətli daşlarla bəzədilmiş boyunbağı, üzük və sırğaların ümumi dəyəri təxminən 3 milyon dollar göstərilir. Ən bahalı zərgərlik məmulatı isə Ronaldonun evlilik təklifi zamanı təqdim etdiyi nişan üzüyü olub. Oval kəsimli, iri almaz daşlı bu üzüyün qiymətinin 2 milyon dollardan çox olduğu bildirilir.
Rodriguez həmin gecə "Pasquale Bruni" dizaynına aid brilyant, yaqut və safirlərlə işlənmiş zinət əşyılarını da tanıdıb. Onun boynundakı boyunbağının dəyəri 150 min, sırğalarının isə 10 min funt-sterlinq olduğu açıqlanıb. Hər barmağında fərqli qiymətli üzük daşıyan gənc qadın, qırmızı xalçada şübhəsiz ən çox diqqət çəkən fiqur olub.
Rodriges bu gün dünya miqyasında məşhur və imkanlı bir həyat yaşasa da, keçmişi çox sadə olub. İspaniyanın kiçik Jaka qəsəbəsində doğulan Rodriges bir müddət ofisiant və satıcı kimi çalışıb. Məhz lüks mağazada işləyərkən Ronaldo ilə tanışlığı onun həyatını dəyişib.
Cütlük zamanla ailə qurub və övlad sahibi olub. Bununla yanaşı, ötən il əkiz körpələrindən birini itirmələri onların yaşadığı ən ağır sınaqlardan biri kimi yadda qalıb. Ronaldo bu faciəni "bir valideynin yaşaya biləcəyi ən böyük acı" sözləri ilə ifadə etmişdi.
Rodriges bu gün həm sevdiyi insanla xoşbəxt bir ailə həyatına sahibdir, həm də "Ben Georgina" adlı sənədli filmlə öz hekayəsini bütün dünyaya təqdim edir.
Aydın
Şərhlər