XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."
Maqazin19:40 22.09.2026

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin “Qatil” tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib.

Münəvvər Əliyevanın sözlərinə görə, Aygün Bəylər onun ən yaxın rəfiqəsi olub. Lakin “Qatil” tamaşasından yayılan fotolar onların münasibətlərində narazılığa səbəb olub.

Aktrisa həmin günləri belə xatırlayıb:

“Xalq artisti Aygün Bəylər ən yaxın rəfiqəm idi. Allah ona rəhmət eləsin. “Qatil” tamaşasından şəkillərimə baxıb hirsləndi. O zaman tamaşadan fotolar sosial şəbəkələrdə çox paylaşılmışdı. Dedi ki, “Niyə belə rollar oynayırsan? Bu, düzgün deyil. Sən dost-tanış, qohum-əqrəba düşünmürsən?”.

Onun xətrini çox istəyirdim, amma sözümü dedim və onunla bir müddət küsülü qalmalı oldum. Dedim ki, mən bu sənəti seçəndə, xüsusilə də mənim dövrümdə, çox böyük çətinliklərdən keçmişəm. Ailəm, qardaşım bu sənətə gəlməyimə razı deyildi. Mən bu peşəyə gələn yolda çox şeydən keçməli oldum, müəyyən mənada qurbanlar verdim”.

Münəvvər Əliyeva bu gün də belə obrazları canlandırmaqdan çəkinmədiyini bildirib.

Qeyd edək ki, Əməkdar artist Münəvvər Əliyeva bu barədə “Teleqraf”a müsahibəsində danışıb.

Bahar Rüstəmli