Xəbər lenti

Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? (VİDEO)
Video 13:45 25.01.2026

Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? (VİDEO)

Yol-nəqliyyat hadisəsi baş verir, sənədlər toplanır, qiymətləndirmə aparılır, amma sığorta ödənişi vaxtında edilmir.

Xezerxeber.az xəbər verir ki, sığorta pulu bəzən həftələrlə, bəzən də aylarla gecikir.

Ekspertlər deyirlər ki, gecikməyə görə sığorta şirkətləri sürücülərə dəbbə pulu da ödəməlidirlər, ancaq vətəndaşların çoxu bunu bilmir. Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirir ki, qanunvericilikdə gecikməyə görə cərimə mexanizmi açıq şəkildə göstərilib. Sadəcə bunu tələb edən sürücü yoxdur.

Ekspert hesab edir ki, sürücülər dəbbə pulunu tələb etsələr, sığorta şirkətləri ödənişi gecikdirməkdə maraqlı olmaz.

Vüsal Bədəlov təklif edir ki, sığorta şirkətlərinə inamı artırmaq üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır.

O, hesab edir ki, sığorta ödənişinin gecikməsinə görə dəbbə pulu təxminən 5-10 faizə qədər artırılmalıdır.

--> -->