Xəbər lenti

Ekonomiks 15:48 12.02.2025

"Yüksəliş"in qalibinə nazirlikdə vəzfə verildi

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub.

APA-nın əldə etdiyi məlumata görə, Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.

O, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər "SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir.

Qeyd edək ki, O.Quliyev Birinci "Yüksəliş” müsabiqəsinin qalibi olub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->