Xəbər lenti

Zabil Qəhrəmanov həbs olundu
Ölkə 23:05 25.10.2025

Zabil Qəhrəmanov həbs olundu

Məhkəmə Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov barəsində qərar verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Zabil Qəhrəmanovu 9 vəkil müdafiə edib.

Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->