Xəbər lenti

Vensin Azərbaycana səfərinin təxmini tarixi məlum oldu
Siyasət 11:09 05.02.2026

Vensin Azərbaycana səfərinin təxmini tarixi məlum oldu

ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi ilə İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycana və Ermənistana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Məlumata görə, Vens Qış Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinə onun həyat yoldaşı, ABŞ-ın Dövlət katibi və ABŞ-ın İtaliyadakı səfiri də daxil olacaq.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi davam etdirməyi tapşırıb.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılışı sabah İtaliyanın Milan şəhərində keçiriləcək.

--> -->