Xəbər lenti

Ekonomiks 10:31 05.05.2022

Zavodda işləmiş 70-ə yaxın şəxsin müavinəti verilmir - yığılmış borc 400 mindən çoxdur (VİDEO)

Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin 70 nəfərə yaxın keçmiş əməkdaşı iş zamanı qazandıqları peşə xəstələyi və baş vermiş istehsalat qəzalarına görə təyin olunmuş müavinətləri ala bilmirlər.

Bununla bağlı dəfələrlə müəssisəyə üz tutan işçilər deyir ki, hər kollektiv müraciət zamanı yığılmış pulun bir qismi ödənilir, ancaq sonra yenidən aylarla davam edən fasilə yaranır.

Kombinatın keçmiş işçiləri deyir ki, anoloji vəziyyət Sumqayıt Alüminium zavodunun keçmiş əməkdaşları ilə bağlı da yaranıb, ancaq onlarla bağlı müsbət qərar verilib və yığılmış borclar müəssisənin əlavə gəlirləri hesabına ödənilib.

Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin direktoru Akif İbişov isə "Xəzər Xəbər"ə bildirdilər ki, keçmiş əməkdalara ödənişlərin gecikməsinin səbəbi 2013-cü ildən istehsalat prosesinin dayandırılmasıdır. Ancaq bu problemin birdəfəlik həll edilməsi üçün əlaqədar dövlət təşkilatları ilə birgə iş aparılır.

Zavod rəsmisi həmçinin bildirib ki, müəssisənin içilərə yığılıb qalmış borcunun miqdarı 400 min manatdan artıqdır: "Məsələ həllini tapdıqdan sonra bu borcları ala bilmədən dünyadan köçmüş əməkdaşların qanuni vərəsələri eyni hüquqdan yararlana biləcəklər".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->