Xəbər lenti

Dünya 12:43 12.10.2023

Zaxarova: "ABŞ HƏMAS-ın əməliyyata hazırlaşdığından xəbərsiz ola bilməzdi"

Böyük kəşfiyyat gücünə malik olan ABŞ hökuməti HƏMAS hərəkatının hazırladığı hərbi əməliyyatdan xəbərsiz ola bilməzdi. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Solovyov canlı telekanalının efirində deyib.

"Necə ola bilər ki, HƏMAS-ın müvafiq əməliyyata hazırlaşdığı bir il ərzində, yəni bir illik hazırlıq dövründə Amerika Birləşmiş Ştatları bütün kəşfiyyat gücü ilə bundan xəbər tutmayıb? Bəli, bu cür ola bilməzdi, bu belə ola bilməzdi”, - Zaxarova deyib.

O, qeyd edib ki, ABŞ-ın inkişaf etmiş peyk müşahidə sistemini nəzərə alsaq, İsrailə hücum edən irimiqyaslı qrupların hazırlıqlarını görməmək mümkün deyil. 

"Bəli, biz hamımız bu əməliyyatın necə həyata keçirildiyini gördük: bu, məqsədyönlü şəkildə ayrıca nöqtələrə zərbələr şəklində keçirilmədi, o qədər geniş miqyasda, elə imkanlardan istifadə edilərək həyata keçirildi ki, peyklərdən görməmək mümkün deyildi”, - o əlavə edib.

Zaxarovanın sözlərinə görə, ABŞ-ın İsraili gözlənilən hücumlarla bağlı xəbərdar etmək istəməməsi Vaşinqtonun regionda xaos səpmək niyyətindən xəbər verir. 
 
"Prinsipcə, biz ABŞ-ın siyasətinin əsasını təşkil edən idarə olunan xaos nəzəriyyəsinə qayıdırıq, yeganə problem odur ki, xaos idarə oluna bilmir və indi biz bunu görürük", - o, fikrini yekunlaşdırıb. 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?