Xəbər lenti

Zəfər paradının aparıcısı məlum oldu
Ölkə 09:00 05.11.2025

Zəfər paradının aparıcısı məlum oldu

Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək.

Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib.

Artıq aparıcı məşqlərə də başlayıb.

Budəfəki parada da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda, 2023-cü ilin 8 noyabrında isə Xankəndidə Zəfər paradları keçirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->