Xəbər lenti

Basketbol: Azərbaycan klubları növbəti oyuna çıxacaq
İdman 09:39 05.11.2025

Basketbol: Azərbaycan klubları növbəti oyuna çıxacaq

Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını bu gün keçirəcəklər.

Qaynarinfo xəbər verir ki, I qrupunda mübarizə aparan "Neftçi" IV turda Polşanın "Trefl" komandasını qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, "Trefl" 6 xalla liderdir. "Neftçi" 5 xalla ikinci, "Kalev" 4 xalla üçüncü, "Abşeron Lions" isə 3 xalla dördüncü sırada qərarlaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->