Yaş artdıqca üslub təbii şəkildə dəyişir. Bu, dar top geyimlərinin yerini zərif bluzlara verməsi deməkdir. Lakin bəzən görünüşü dəyişən təkcə geyim forması deyil, həm də rəngidir. Düzgün seçilmiş rəng tonları dərinin rəngini təravətləndirir, enerjili görünüş yaradır və üz cizgilərini daha hamar və gənc göstərir.
Qaynarinfo xəbər verir ki, "Bestlifeonline" nəşrinin məlumatına görə, stilistlər qadını cavanlaşdıran altı uğurlu rəng çalarını açıqlayıblar.
1. Tünd mavi
"Bəzi parlaq rənglər yaş artdıqca üzdə sərt kontrast yaradır, çünki üz cizgiləri yumşalır, saçlar ağarır", deyə imic stilisti Elizabet Kosiç izah edib.
Onun sözlərinə görə, qara rəng ən sərt ton hesab olunur və o, bunu tünd mavi ilə əvəz etməyi tövsiyə edir: "Tünd mavi sizin yeni neytral rənginiz ola bilər. Qaranın yerini asanlıqla tutur, çünki həm güc simvoludur, həm də etibar, sədaqət və özünəinamı ifadə edir".
2. Bənövşəyi
Yaş artdıqca parlaq rənglərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. Əgər 50 yaşdan yuxarısınızsa və obrazınıza daha cəsarətli effekt qatmaq istəyirsinizsə, bir qədər bənövşəyi rəng əlavə etmək tövsiyə olunur. Bu rəng sizi aktual və dəbli göstərir, həm də aksent tonu kimi çox uğurlu sayılır.
3. Yumşaq ağ
Parlaq ağ rəng hər yaşda eyni effekti yaratmır. İmic məsləhətçisi Kerol Devidson qeyd edir ki, yaş artdıqca dərinin rəngi açılır və parlaq ağ ton daha sərt görünə bilər. Onun fikrincə, fil sümüyü rəngi də bəzi dəri tonlarında sarımtıl-yaşıl effekt yarada bilər.
Çıxış yolu isə yumşaq ağ rəngdir: "Yumşaq ağ ilboyu geyim dəbinin ayrılmaz hissəsidir və bütün dəri tonlarına yaraşır".
4. Tünd qırmızı
Moda eksperti Mariya Velniçeriunun sözlərinə görə, tünd qırmızı zəriflik və dəbdəbə çalarıdır. Onu həm əsas, həm də vurğu rəngi kimi geyinmək olar.
"Hər iki halda, bordo üsluba yetkinlik və incəlik qatı verir", deyə o bildirib.
5. Açıq çəhrayı (rumyana ton)
Əgər bənövşəyi və bordo rənglər sizə çox parlaq görünürsə, daha yumşaq rumyana-çəhrayı ton seçmək olar. Stil eksperti Vivyen Desürmon qeyd edir ki, bəzi yaşlı qadınlar çəhrayını çox gənc və ya qeyri-ciddi hesab etdiklərinə görə ondan uzaq dururlar, lakin bu, yanlış yanaşmadır.
"Nazik rumyana çəhrayı rəng qadınlıq və təravət hissi yaradır, bütün dəri tonlarına yaraşır və həm gündəlik, həm də rəsmi geyimlərdə uğurla istifadə oluna bilər", deyə Desürmon izah edib.
6. Zeytun-yaşıl
Son illərdə yaşıl tonlar modada əsl yüksəliş dövrü yaşayır. Elizabet Kosiç zeytun-yaşıl geyimlərə üstünlük verməyi tövsiyə edir, çünki bu rəng həm açıq, həm tünd, həm isti, həm də soyuq tonlarda təqdim olunur.
"Dərinin, saçın və gözlərin tonuna ən uyğun olan zeytun-yaşıl çaları seçin və onu, məsələn, parlaq qırmızı kimi vurğu rənglə birləşdirin", deyə stilist məsləhət görür.
Nəticə: Düzgün rəng seçimi təkcə dəbdə qalmağın deyil, həm də cavan görünməyin açarıdır. Bu altı ton geyimə təravət, yumşaqlıq və zəriflik qatır.
Aydın
Şərhlər