Ukrayna prezidenti Volodimir Zelenski 24 fevralda prezident seçkiləri və referendum keçirmək planını elan etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" qəzeti planlaşdırma prosesində iştirak edən Ukrayna və Avropa rəsmilərinə istinadən yazıb.
"Reuters" isə yazır ki, ötən həftə Amerika və Ukrayna danışıqları aparanları tərəfindən müzakirə edilən çərçivədə hər hansı bir sülh müqaviləsinin referenduma çıxarılacağı məlum idi. Ukrayna seçiciləri milli seçkilərdə iştirak etməklə eyni vaxtda buna səs verməli olacaqlar.
Rəsmilər həm seçkilərin, həm də referendumun may ayında keçirilməsi ehtimalını müzakirə ediblər. Məqalədə deyilir ki, Ukrayna artıq Rusiya ilə perspektivli sülh müqaviləsi üzrə referendumla paralel olaraq prezident seçkilərini planlaşdırmağa başlayıb.
Aydın
Şərhlər