Dünya 10:25 18.07.2022

Zelenski kəşfiyyat rəisini və baş prokuroru işdən çıxartdı

Ukrayna Prezidenti Volodimir Zelenski daxili təhlükəsizlik xidməti - SBU-nun rəhbəri İvan Bakanovu və baş prokuroru İrina Venediktovanı qəfil işdən çıxarıb.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti sərəncam imzalayıb.

"Telegram" kanalında Zelenski yüksək vəzifəli məmurları onların agentliklərinin bir çox üzvünün Rusiya ilə əməkdaşlıq etdiyi ortaya çıxdığına görə işdən azad etdiyini bildirib. O, problemin digər idarələrə də təsir etdiyini qeyd edib.

Zelenski prokurorluq və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı dövlətə xəyanət və əməkdaşlıq ittihamı ilə 651 işin açıldığını, hazırda Bakanov və Venediktovanın qurumlarının 60-dan çox məmurunun Rusiya tərəfindən işğal olunmuş ərazilərdə Ukraynaya qarşı işlədiyini bildirib.

"Dövlətin milli təhlükəsizliyinin əsaslarına qarşı belə cinayətlər silsiləsi müvafiq liderlərə qarşı çox ciddi suallar yaradır. Bu sualların hər biri öz layiqli cavabını alacaq”, deyə Zelenski bildirib.

Nurlan