Xəbər lenti

Zelenski Trampı Ukraynaya dair sülh planını açıq şəkildə paylaşmağa çağırdı
Dünya 22:12 20.09.2023

Zelenski Trampı Ukraynaya dair sülh planını açıq şəkildə paylaşmağa çağırdı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampı özünün sülh planını açıq şəkildə paylaşmağa çağırıb. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasında çıxışından sonra CNN-ə müsahibəsində danşıb.

"O, indi öz ideyasını açıq şəkildə paylaşa bilər, vaxt itirmədən, insanları itirmədən deyə bilər: "Mənim düsturum müharibəni dayandırmaq, bütün bu faciəni dayandırmaq və Rusiya təcavüzünü dayandırmaqdır.

"Və ya bunu necə gördüyünü, rusları torpağımızdan necə sıxışdıracağını söyləyəcək və ya o, qlobal sülh ideyasını təmsil etmir. Ona görə də, əgər fikiri ərazimizin bir hissəsini necə ələ keçirib Putinə verməkdirsə, bu, sülh üçün bir düstur deyil”, deyə o əlavə edib.

Xatırladaq ki, bazar günü axşam NBC telekanalında Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həlli planından danışan Donald Tramp "hamı üçün ədalətli saziş” təklif edəcəyini bildirib. Eyni zamanda, o, Krımı və "ölkənin bəzi digər hissələrini" Rusiyaya təhvil verməyi təklif edib, çünki onun sözlərinə görə, orada baş verənlər "çoxlarının gözlədiyi" idi. "Düzünü desəm, onlar Rusiyanın artıq ələ keçirdiyi ərazilərdən daha az ərazinin olduğu yerdə razılığa gələ bilərlər”, deyə Tramp bildirib.

Avqust ayında Donald Tramp prezident Baydeni Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaqda səriştəsizlikdə ittiham edib. Eyni zamanda o, prezident postunda olduğu halda qısa zamanda münaqişəni dayandıra biləcəyini bəyan edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->