Xəbər lenti

Zərdüşt Əlizadə: “KTMT komissiyasına tapşırıblar ki, gedin, Ermənistanı yola verin”
Siyasət 19:00 20.09.2022

Zərdüşt Əlizadə: “KTMT komissiyasına tapşırıblar ki, gedin, Ermənistanı yola verin”

Ermənistan-Azərbaycan sərhədində birincinin geniş miqyaslı təxribatı fonunda baş verən insidentdən sonra baş nazir Paşinyanın dəvətilə vəziyyəti yerində araşdırmaq üçün əraziyə gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qabaqcıl qrupu artıq işini başa vuraraq sərhəddə gərginliyin azaldılmasına hesablanmış təkliflər hazırlayıb. 

Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov təkliflərlə bağlı nazir Suren Papikyana məlumat verib. O da vurğulanıb ki, işlənib hazırlanmış təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.

Maraqlıdır, KTMT missiyasının sözügedən təklifləri nədən ibarət ola bilər?

Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, sözügedən təkliflərdə sərhədin delimitasiya prosesinin sürətləndirilməsi məsələsi yer ala bilər:
 


"KTMT missiyası Ermənistandan olan müttəfiqi ilə razılaşmadan əvvəlcədən təklifin nədən ibarət olduğunu açıqlasa, araları növbəti dəfə pisləşə bilər. Ona görə də missiyanın rəhbəri Ermənistan müdafiə nazirinə təkliflər barədə məlumat vermədən onun nədən ibarət olduğunu açıqlamağa lüzum görməyib. Yəni əvvəlcədən təklifi müttəfiqlərilə razılaşdırırlar. Bu səbəbdən də həmin təkliflərin məğzi hələlik açıqlanmır. Missiyanın məqsədi barış axtarmaqdır. Onlara da tapşırıblar ki, gedin Ermənistanı yola verin. 

Güman ki, KTMT-nin verdiyi təkliflərdə baş verən gərginliyə son qoymaq üçün Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin sürətləndirilməsi məsələsi yer ala bilər. İrəvan isə iki ildir ondan boyun qaçırır. İndiki halda isə xəritədə sərhəd yoxdur. 
Ona görə də KTMT və digərləri son olaya görə, Azərbaycanı heç bir halda ittiham edə bilməz”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->