İdman 13:05 26.07.2022

"Zirə"nin futbolçusu millidən ayrıldı

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. 
 
AFFA-nın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə "Zirə”nin qapıçısı Səlim Həşimov UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək "Makkabi” (Təl-Əviv) – "Zirə” oyunu üçün əsas komandayə cəlb olunduğundan millinin düşərgəsini tərk edib.
 
Onun yerinə "Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib.
 
Səbuhi Həsənov