"Zirə" klubunun UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Qaynarinfo-nun məlumatına görə, "qartallar" Torpedo" ilə (Gürcüstan) üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda ilk matçını evdə keçirəcək.
11.26
"Zirə" klubunun UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Qaynarinfo-nun məlumatına görə, "qartallar"ın mümkün rəqiblərinin sayı beşə düşüb.
Bunlar "Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Yelimay" (Qazaxıstan), "Elbasani" (Albaniya) və "Petrovats"dır (Monteneqro).
Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.
10.49
"Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.
Qaynarinfo-nun məlumatına görə, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səpələnmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqiblərinin ilkin siyahısı belədir:
"Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnas-Ki Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Heqelmann" (Litva), "Peynbont" (Uels), NSİ (Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nımme Kalyu" (Estoniya), "Elbasani" (Albaniya), "Kaernarfon Taun" (Uels), "Mondorf-les-Bayns" (Lüksemburq), "Petrovats" (Monteneqro).
Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.
Şərhlər