Xəbər lenti

İdman 18:52 14.10.2023

"Zirə" yoxlama oyununda "Sumqayıt"a uduzdu

"Zirə" və "Sumqayıt" komandaları milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə yoxlama oyunu keçiriblər.

Qaynarinfo xəbər verir ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutub.

Görüş "Sumqayıt"ın qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 75-ci dəqiqədə penaltidən Kamran Quliyev vurub.

Qeyd edək ki, "Zirə" 9 turdan sonra 19 xalla liderdir. Rəqibindən bir oyun az keçirən "Sumqayıt" 11 xalla yeddinci pillədə qərarlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->