Xəbər lenti

10 ildə 7-ci Baş nazir: Starmer istefa verdi, Börnhem fəaliyyətə başaldı (YENİLƏNİB)
Foto 15:41 20.07.2026

10 ildə 7-ci Baş nazir: Starmer istefa verdi, Börnhem fəaliyyətə başaldı (YENİLƏNİB)

Mançesterin sabiq meri Endi Börnhem Böyük Britaniyanın yeni baş naziri olub. O, son 10 il ərzində bu vəzifəni tutan yeddinci şəxsdir.

Qaynarinfo xəbər verir ki, Böyük Britaniya Kralı III Çarlz Endi Börnhemi qəbul edərək ona yeni hökuməti formalaşdırmaq mandatını təqdim edib.

Bundan bir qədər əvvəl monarx Kir Starmerin istefasını qəbul edib. Dauninq-stritdəki iqamətgahı qarşısında çıxış edən Starmer öz varisinə uğurlar arzulayıb.

"Endi Börnhem mənim tam dəstəyimə arxalana bilər", deyə o bildirib.

Starmer əlavə edib ki, bu gün Böyük Britaniya iki il əvvəlkindən daha güclü vəziyyətdədir.

14.40

Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsini tərk edib. O, istefasından əvvəl Dauninq-stritdə son çıxışını edərək "işimin başa çatdığını” bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" yazıb.

Starmer çıxışında 2019-cu ildə ağır məğlubiyyətdən sonra Leyboristlər Partiyasını yenidən qurduğunu və 2024-cü il parlament seçkilərində böyük qələbəyə gətirdiyini vurğulayıb.

"Son iki il ərzində bu böyük ölkəyə baş nazir kimi xidmət etmək həyatımın ən böyük şərəfi oldu. İnanıram ki, Britaniya indi əvvəlkindən daha güclü və daha ədalətlidir", deyə Starmer bildirib.

O, hakimiyyəti dövründə yoxsulluğun azaldılması, miqrasiyanın nəzarətə alınması, müdafiə sahəsinin gücləndirilməsi və Böyük Britaniyanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində addımlar atıldığını qeyd edib.

Starmer həmçinin dünyada artan gərginlik fonunda ölkə daxilində birlik nümayiş etdirməyin vacibliyini vurğulayıb. O, xüsusilə Ukraynaya dəstək məsələsində Britaniyanın mövqeyinin dəyişməz qaldığını bildirib.

Keçmiş baş nazir çıxışının sonunda onun yerinə gələcək Endi Börnhama uğurlar arzulayıb, Dauninq-strit əməkdaşlarına və həyat yoldaşı Viktoriyaya təşəkkür edib: "Yaxşı niyyətlə gedirəm, təbəssümlə gedirəm və əldə etdiklərimizlə fəxr edirəm".

Daha sonra Kir Starmer Bukingem sarayına gedərək Kral III Çarlza rəsmi istefasını təqdim edib.

Böyük Britaniyanın yeni baş naziri Endi Börnham günorta saatlarında Kral ilə görüşdükdən sonra Dauninq-stritə daxil olacaq. O, hökumətinin ilk kabinet üzvlərini də bu gün açıqlayacaq. Börnhamın baş nazirliyi ilə Britaniya son on ildən bir qədər artıq müddətdə yeddinci hökumət rəhbərinə keçid edir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->