XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kreml Ukrayna ilə bağlı danışıqların keçirilə biləcəyi ölkəni açıqladı
Dünya12:47 13.09.2026

Kreml Ukrayna ilə bağlı danışıqların keçirilə biləcəyi ölkəni açıqladı

Rusiya tərəfi Ukraynadakı müharibə ilə bağlı üçtərəfli görüşün yaxın perspektivdə keçirilə biləcəyinə ümid edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Rusiya KİV-ə açıqlamasında bildirib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə isə Əbu-Dabinin vəliəhdi Vladimir Putinlə görüş zamanı Birləşmiş Ərəb Əmirliklərinin Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib. Uşakov BƏƏ-də danışıqların keçirilməsini tamamilə məqbul variant hesab etdiklərini bildirib.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov isə növbəti sülh danışıqları raundunun oktyabr ayında keçirilməsinin planlaşdırıldığını deyib. Onun sözlərinə görə, görüş üçtərəfli formatda baş tuta bilər. Danışıqların keçiriləcəyi məkan hələ açıqlanmayıb.

Aydın