Kaliforniyada (ABŞ) ekoloji möcüzə baş verib: 2023-cü ildə bir əsrdən çox yoxluqdan sonra Tulare gölü - bir zamanlar ABŞ-nin qərbindəki ən böyük şirin su hövzəsi - geri qayıdıb.
Qaynarinfo "Daily Galaxy"yə istinadən xəbər verir ki, bunun səbəbi Sierra-Nevada dağlarında qeyri-adi rütubətli qış və qarın sürətlə əriməsi olub.
1890-cı illərdə kənd təsərrüfatı üçün qurudulma səbəbilə yox olan göl yenidən dolub və San Hoakin bölgəsinin bir hissəsini su altında qoyub. Alimlər qeyd edir ki, Tularenin dirçəlişi qlobal iqlim dəyişikliyinin simptomu ola bilər.
"Bu sadəcə daşqın deyil. Bu gölün geri qayıtmasıdır", deyə tədqiqatçı Vivian Anderhill vurğulayıb.
Peykdən Tulare gölü
Su geri qayıdanda ekosistem də bərpa olub: pelikanlar, su quşları geri dönüb, yerli Tachi Yokut tayfası isə ənənəvi mərasimlərini yenidən keçirməyə başlayıb. Eyni zamanda gölün dirçəlişi kənd təsərrüfatına ziyan vurub - tarlalar su altında qalıb, evlər dağılıb.
2024-cü ildə gölün sahəsi azalmağa başlasa da, ekspertlər ekstremal hava hadisələrinin tez-tez baş verməsi şəraitində gölün mənzərənin daimi elementi ola biləcəyini istisna etmirlər.
Aydın
Şərhlər