Xəbər lenti

14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir
Ölkə 15:55 10.04.2026

14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir

171 nəfərə qarşı dələduzluqda ittiham olunan Nofəl Hacıyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər "Atlant” istirahət mərkəzinin sahibi Tahir Qədəşovun həbsini tələb edir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, zərərçəkmişlər hesab edir ki, Nofəl Hacıyev onlardan aldığı pulu Tahir Qədəşova verib. 

Məlumat üçün deyək ki, Nofəl Hacıyev Tahir Qədəşovun kürəkənidir. 

Zərəçəkmişlər hesab edir ki, cinayət işində şahid qismində tanınan Tahir Qədəşovun işə təqsirləndirilən şəxs qismində cəlb olunmalıdır. 

Xatırladaq ki, Nofəl Hacıyev "Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İstintaqla müəyyən olunub ki, "Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alınıb. 

Seyid
--> -->