Xəbər lenti

2,18 milyard dollarlıq
Dünya 21:21 05.07.2025

2,18 milyard dollarlıq "yatmış" Bitcoinlər 14 ildən sonra aktivləşdirildi

4 iyul səhəri 2011-ci ildən bəri istifadə olunmayan iki "yatmış” Bitcoin pulqabısı aktivləşib. Həmin ünvanlarda ümumilikdə 20 000 BTC saxlanılır. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Bitvoinin hazırkı məzənnəsinə əsasən (~109 min dollar), sözügedən vəsaitin ümumi dəyəri 2,18 milyard ABŞ dollarına bərabərdir. Bitcoinlər 3 aprel 2011-ci ildə, hər BTC-nin cəmi 0,8 dollar olduğu dövrdə "12tL...2me" və "1Kb...JYm" ünvanlarına köçürülüb. O vaxt bu 20 000 BTC cəmi 16 min dollara başa gəlib.

Son 14 il ərzində bu ünvanlara yalnız çox kiçik məbləğlərdə (1 dollardan az) mikropul köçürmələri daxil olub. Ekspertlər bunu "spam" və ya fəaliyyət yoxlaması kimi qiymətləndirirlər. Həmin əməliyyatla əlaqəli üçüncü pulqabı isə - 3 377 BTC tutan ünvan - hələ 2011-ci ildə boşaldılıb.

Hər iki köçürmə 30 dəqiqə fərqlə yeni ünvanlara yönəldilib. Sahibkarın motivasiyası açıqlanmayıb. Bu, ya satışı hazırlamaqla, ya da saxlanma yerinin dəyişdirilməsi ilə bağlı ola bilər. Tarixi təcrübəyə görə, belə "oyanışlar" tez-tez bazarda kəskin dəyişikliklərdən əvvəl baş verir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->