Xəbər lenti

Cəmi 4 rejissor, 7 ekran işi: 2 milyard dollarlıq gəlir həddini aşan filimlər
Sənət 23:57 06.08.2026

Cəmi 4 rejissor, 7 ekran işi: 2 milyard dollarlıq gəlir həddini aşan filimlər

Kinoteatrlarda bu günədək cəmi 4 rejissorun 7 filmi 2 milyard dollarlıq gəlir həddini keçə bilib.

Qaynarinfo xəbər berir ki, 1990-cı illərin sonlarına qədər kino sənayesində 1 milyard dollarlıq kassa gəliri böyük bir rekord hesab olunurdu. Bu göstəriciyə yaxınlaşan filmlərin sayı çox olsa da, 2000-ci illər gəlir rekordları baxımından diqqətçəkən dövr olub.

Artıq söhbət yalnız 1 milyard dollardan deyil, 2 milyard dollarlıq gəliri aşan filmlərdən gedir. Xüsusilə 2010-cu illərdə kassa rekordları daha tez-tez yenilənməyə başlayıb. Məsələn, 2019-cu ildə ən çox gəlir əldə edən ilk 10 filmdən 9-u 1 milyard dollardan çox gəlir əldə etmişdi.

Bu günədək 2 milyard dollarlıq həddi keçən 7 film olub. Bu filmlərdən 3-ü eyni rejissora məxsusdur, iki filmin rejissoru isə eyni şəxslərdən ibarət komandadır. Pandemiya dövründə isə kino bazarındakı mənzərə yenidən dəyişib.

Kinotarixdə 2 milyard dollarlıq gəlir həddini aşan 7 film (sonuncudan birinci yerə doğru):

7-ci yer

"Avengers: Sonsuzluq savaşı” ("Avengers: Infinity War”)
İl: 2018
Rejissorlar: Entoni və Co Russo
Gəlir: 2 052 415 039 dollar

6-cı yer

"Ulduz müharibələri: Güc oyanır” ("Star Wars: The Force Awakens”)
İl: 2015
Rejissor: Cey Cey Abrams
Gəlir: 2 071 310 218 dollar

5-ci yer

"Ne Zha 2”
İl: 2025
Rejissor: Ciaozi (Yu Yanq)
Gəlir: 2 150 000 000 dollar

4-cü yer

"Titanik” ("Titanic”)
İl: 1997
Rejissor: Ceyms Kemeron
Gəlir: 2 264 812 968 dollar

3-cü yer

"Avatar: Suyun yolu” ("Avatar: The Way of Water”)
İl: 2022
Rejissor: Ceyms Kemeron
Gəlir: 2 320 250 281 dollar

2-ci yer

"Avengers: Son oyun” ("Avengers: Endgame”)
İl: 2019
Rejissorlar: Entoni və Co Russo
Gəlir: 2 799 439 100 dollar

1-ci yer

İl: 2009
Rejissor: Ceyms Kemeron
Gəlir: 2 923 710 708 dollar
 
Siyahının zirvəsində 2009-cu ildə ekranlara çıxan "Avatar” filmi yer alır. Aradan uzun illər keçməsinə baxmayaraq, bu filmin rekordunu hələ heç bir ekran əsəri keçə bilməyib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->