Xəbər lenti

20 milyon dollarlıq toy sərmayəsi - Xərclədiklərini qat-qat geri qazanacaqlar
Maqazin 21:15 28.07.2026

20 milyon dollarlıq toy sərmayəsi - Xərclədiklərini qat-qat geri qazanacaqlar

Dünyanın ən məşhur cütlüklərindən biri olan Teylor Svift və Travis Kelsenin dəbdəbəli toy mərasimi ilə bağlı yeni iddialar gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, 3 iyulda Nyu-Yorkda keçirilən toy dünyanın ən bahalı məşhur toylarından biri kimi yadda qalıb. Cütlüyün bu möhtəşəm mərasim üçün təxminən 20 milyon dollar xərclədiyi bildirilir.

Toy üçün şəhərin ən məşhur məkanlarından biri olan "Madison Square Garden"in tamamilə bağlandığı, mərasimdə çoxsaylı məşhurların iştirak etdiyi qeyd olunur.

Teylor Svift və Travis Kelse əvvəlcə bu qədər böyük məbləğdə xərc etdiklərinə görə tənqid olunublar. Lakin indi onların bu addımı sadəcə dəbdəbə deyil, həm də böyük bir marka strategiyası kimi qiymətləndirilir.

Məlumata görə, cütlük toylarını şəxsi brendlərini gücləndirmək üçün fürsətə çevirib. Dünyanın ən populyar müğənnilərindən biri olan Teylor Svift və NFL ulduzu Travis Kelsenin birlikdə yaratdığı imic onların gələcək qazanc imkanlarını daha da artıracaq.

Mənbələr bildirir ki, hazırda bir çox şirkət məşhur cütlüklə əməkdaşlıq etmək üçün maraqlıdır. Svift və Kelse isə bütün təklifləri diqqətlə nəzərdən keçirərək, yalnız nüfuzlarına uyğun layihələri seçmək niyyətindədirlər.

Cütlüyə yaxın şəxslərin sözlərinə görə, toy üçün xərclənən 20 milyon dollar uzunmüddətli perspektivdə daha böyük gəlirlə geri qayıda bilər.

Toydan əvvəl Teylor Svift və Travis Kelsenin 20 xeyriyyə təşkilatına ümumilikdə 26 milyon dollar ianə etdiyi də açıqlanıb.

Mərasimdə Stevi Niks və Paul Makkartni kimi məşhur sənətçilər çıxış edib. Qonaqlar arasında Selena Qomes, Cici Hadid, Bradli Kuper və Ed Şiran kimi ulduzlar da olub.

Beləliklə, əvvəlcə "həddindən artıq bahalı toy” kimi qiymətləndirilən mərasim Teylor Svift və Travis Kelse üçün həm şəxsi, həm də kommersiya baxımından böyük bir layihəyə çevrilə bilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->