Xəbər lenti

2019-cu ildən bəri ilk dəfə - Yerə ən yaxın
Dünya 12:40 03.11.2025

2019-cu ildən bəri ilk dəfə - Yerə ən yaxın "Super Ay" gəlir

Bu həftə gecə səmamız möhtəşəm bir mənzərəyə şahidlik edəcək. 5 noyabr 2025-ci il, çərşənbə gecəsi ilin ən böyük və ən parlaq dolunayı – "Qunduz Dolunayı” eyni zamanda "Super Ay” kimi Yerə ən yaxın məsafədə görünəcək.

Qaynarinfo xəbər verir ki, bu dolunay 2025-ci ilin ən yaxın və ən parlaq dolunayı olmaqla yanaşı, 2019-cu ildən bəri yerə bu qədər yaxınlaşan ilk dolunay olacaq. Ayın Yerə olan məsafəsi həmin gün cəmi 356 min 980 kilometr olacaq.

"Super Ay” termini, ayın yerə ən yaxın nöqtəsi olan perigeedə olduğu vaxt dolunay fazasına çatması ilə əlaqələndirilir. Bu zaman ay səmada adi dolunaylara nisbətən təxminən 14% daha böyük və 30% daha parlaq görünür.

Dolunay tam fazasına 5 noyabr günü Bakı vaxtı ilə saat 16:20-də çatacaq. Bu dolunaya "Qunduz Ayı” adı verilməsinin səbəbi isə tarixən bu dövrdə şimal yarımkürəsində yaşayan qunduzların qış üçün yuvalarını hazırlaması ilə bağlıdır.

Mütəxəssislər bildirirlər ki, "Super Ay" zamanı gelgitlərdə müəyyən yüksəlmələr müşahidə oluna bilər. Lakin ayın yerə yaxınlaşmasının insanlar üzərində fiziki olaraq ciddi bir təsiri yoxdur. Məsələn, "Super Ay"ın bir insan üzərindəki əlavə cazibə qüvvəsi sadəcə bir ataşın ağırlığının doqquzdan biri qədərdir.

Qeyd edək ki, "Super Ay” termini ilk dəfə 1979-cu ildə astrolog Richard Nolle tərəfindən istifadə olunub və sonradan populyar mədəniyyətə daxil olaraq geniş yayılıb. Elm adamları bu hadisəni "perigee dolunayı” adlandırmağı üstün tuturlar.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->